“Equinor” Azərbaycandakı 1 milyardlıq aktivlərini satmaq istəyir
Norveçin neft şirkəti “Equinor” Azərbaycandakı 1 milyard dollar dəyərindəki aktivlərinin potensial satışını araşdırır.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşr bildirir ki, “Equinor” şirkəti BP-nin idarə etdiyi Azəri-Çıraq-Günəşli (AÇG) neft yatağında 7%-lik paya malik olan Azərbaycandakı əməliyyatlarının satışını araşdırması üçün maliyyə məsləhətçisi “Jefferies”i cəlb edib.
Qeyd olunur ki, AÇG ölkənin ən böyük neft yatağıdır və digər maraqlı tərəflərə dövlətə məxsus SOCAR, ABŞ-ın supermajor “ExxonMobil” və Yaponiyanın “Inpex” şirkətləri daxildir.
Bildirilir ki, satış baş verərsə, “Equinor” ilk növbədə öz payını SOCAR-a təklif etməli olacaq.
“Equinor” şirkətinin Xəzər hövzəsindəki digər yataqlarda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində də səhmləri mövcuddur.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-08-2023, 14:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər