reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rus ordusu məktəbi bombaladı: Ölənlər var – Fotolar

reklam

Rus ordusu məktəbi bombaladı: Ölənlər var – Fotolar


















Rusiya ordusu Ukraynanın Romni şəhərində bir məktəbi kamikadze dronlarla bombalayıb.

Təhsil müəssisəsinin binası tamamilə dağılıb.

Sumı vilayət hərbi idarəsindən bildirilib ki, nəticələrin aradan qaldırılması üçün qərargah yaradılıb.

Fövqəladə Hallar Xidmətindən bildirilib ki, azı 2 müəllim qətlə yetirilib.

“Onların cəsədləri Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb. Daha 3 nəfər xəsarət alıb. Müəssisənin daha 2 əməkdaşının dağıntılar altında olduğu barədə məlumat var. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, - xilasedicilər bildiriblər.

Daxili işlər naziri İqor Klimenko isə daha sonra bildirib ki, hücumunəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hərbi Hava Qüvvələri ümumilikdə Rusiyaya məxsus 20-yə qədər zərbə vuran dronun məhv edildiyini bildirib.





Paylaş:


Müəllif : Tarix:
23-08-2023, 16:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər