Masallıda quduz it tüğyanı:YARALANANLARIN SAYI 10-A ÇATIB
Ötən gün xəbər vermişdik ki, Masallı rayonunun Güllütəpə kəndində quduz it bir neçə nəfəri dişləyib. Həmin məlumatda vurğulanırdı ki, həmin şəxslər təcili rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara vaksin vurulub.
Güllütəpə kəndində quduz it tüğyan edir. Aldığımız məlumata görə, quduzlaşmış itin dişlədiyi kənd sakinlərinin sayı 10-a çatıb. Onların arasında 3 nəfərin aldığı xəsarət isə daha təhlükəli hesab edilib. Belə ki, quduz itin dişlədiyi şəxslərdən biri 11-12 yaşlı oğlandır. İt əvvəlcə onun boğazından yapışıb, lakin uşağın cəldliyi və gücü sayəsində vəhşi heyvanı özündən qopara bilib. Amma it durmayıb, hücum edərək onun sinəsinin döş hissəsini çeynəyib. Bir digər ağır xəsarət alan şəxs isə qadındır. Quduz it onun iki barmağını və bir əlini bütünlüklə çeynəyib.
Dəhşətli hal odur ki, vəhşiləşmiş itlər kəndin mərkəzində, elə camaatın gözü qarşısında insanlara hücum edir. Son hadisə isə günorta vaxtı kənd çayxanasının qarşısında baş verib.
Kənd sakinlərinin JAMAZ.İNFO-ya verdiyi məlumata görə, vəhşi itlərin qarşısının alınması üçün müvafiq dövlət qurumlarına müraciət ediblər. Lakin hələlik heç bir tədbir görülməyib. Camaat məcburiyyət qarşısında qalaraq quduz heyvanlara qaşı özləri tədbir görməyə başlayıblar.
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-08-2019, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-08-2019, 14:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25