Naxçıvanda müxalifətçilərə çayxana qadağası...
Naxçıvanda bir nəfərdən artıq müxalifətçinin eyni vaxtda çayxanaya girməsi qadağan olunub. Bu qadağa əsasən muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində tətbiq olunub. Bu işə isə, polis əməkdaşlarının nəzarət etdiyi bildirilir. Bu haqda „Gündəlik Naxçıvan“a müxalifətçilərin özləri məlumat verib. Onların sözlərinə görə, yeni qadağa partiyaların yenidən qeydə alınması üçün imza toplama kampaniyası başlayandan bəri tətbiq olunur.
Naxçıvandakı siyasi dəyişiklikdən dərhal sonra, ötən ilin sonlarından bəri isə, müxalif fəalların partiya qərargahlarına girişi qadağan olunub. Müxalifətçilər deyir ki, qəragahların qarşısına polis nəzarət edir və binaya girməyə imkan verilmir.
Təhlükəsizliyi üçün adının çəkilməsini istəməyən müxalifətçilərindən biri deyir ki, bölgələrdəki fəalların Naxçıvan şəhərinə gəlməsi də qadağan olunub:
“Partiyanın qeydiyyatdan keçməsi üçün lazım olan siyahıya dəstək olmaq, üzvləri dəqiqləşdirmək üçün Naxçıvan şəhərindəki „Cahan“ Ticarət Məkəzindəki çayxanaların birində çay süfrəsi ətrafında görüşüb müzakirə aparacaqdıq. Polislər imkan vermədi, getməyimizi istədilər. Dedilər ki, bu tapşırıq yuxarıdan verilib, hər çayxanada eyni vaxtda bir nəfərdən artıq müxalifətçinin olması qadağandır. Bizə psixoloji basqı da edirdilər. Problem çıxmasın deyə, məcburiyyət qarşısında oranı tərk etməli olduq. Rayonlardakı partiya fəallarına tapşırıq verilib ki, şəhərə gəlməsinlər”.
Digər müxalifətçi fəal isə bildirir ki, Naxçıvan şəhərindəki „Milli yeməklər“ adlanan kafedə çay içməklərinə imkan verilməyib:
“Müxalifətçi dostlarımla zəngləşib, çay içməyə dəvət etdim. Heç bir siyasi məsələ haqda danışmayacaqdıq. Sadəcə, çay içəcəkdik. Yarım saat tək oturdum, heç bir problem olmadı. Əlavə iki nəfər müxalifətçi gələn kimi, polislər kəsdirdi başımızın üstünü. Kafedə problem yaranmasın deyə, məcbur olub, dağılışdıq. Bizə tək-tək xəbər olunub ki, mətbuata danışmayaq. Ona görə adımızın çəkilməsini istəmirik”.
Naxçıvan MR DİN-dən müxalifətçilərin iddialarına cavab vermək istəmədilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2023, 09:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər