reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ötən ay adı dəyişdirilən “Gilan Holding” ləğv olunur

reklam

Ötən ay adı dəyişdirilən “Gilan Holding” ləğv olunur













Bu ilin iyul ayında “Gilan Holding” MMC-nin adının dəyişdirilməsi ilə yaradılmış "Xəzri Solutions" MMC ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyd olunub ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ötən ay MMC-nin adı dəyişdirilsə də, hüquqi ünvanında heç bir dəyişiklik baş verməyib. Şirkət əvvəllər olduğu kimi yenə də Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məh., 466-da yerləşir.

Onu da bildirək ki, uzun müddətdir “Gilan Holding” MMC-yə Muradov Cəmil Tahir oğlu rəhbərlik edib. Ötən il Cəmil Muradovu Hüseynov Mübariz Əhmədağa oğlu əvəzləyib. Şirkətin nizamnamə kapitalı isə 98,5 milyon manatdan 100 manta kimi azaldılıb.

Məlumat üçün onu da bildirək ki, vaxtı ilə “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvləri rəhbərlik ediblər. “Gilan Holdinq”ə bağlı şirkətlər ölkədə Kəmaləddin Heydərovun şirkətləri kimi tanınıb. Cəmil Muradovun da Kəmaləddin Heydərovun xalası oğlu olduğu bildirilir.

Xatırladaq ki, son zamanlar Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan onlarla şirkət ləğv olunaraq digər şirkətlərə qoşulublar. Ləğv olunan şirkətlərin əksəriyyəti “Paşa Holdinq”ə bağlı olan şirkətlərə birləşib.




Paylaş:


Müəllif : Tarix:
30-08-2023, 19:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər