reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ölümündən əvvəl çəkilmiş kadrlar: “Məni aradan götürmək istəyənlərə deyirəm...” – Video

reklam

Ölümündən əvvəl çəkilmiş kadrlar: “Məni aradan götürmək istəyənlərə deyirəm...” – Video


















Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin ölümündən əvvəl çəkilmiş kadrları yayılıb.

Vaqner” PMC-yə yaxın Teleqram kanallarından birində dərc edilən kadrların, Priqojinin təyyarəsinin Rusiyada qəzaya uğramasından bir neçə gün öncə çəkildiyi bildirilir.

“Sağ olub-olmadığımı, vəziyyətimin necə olduğunu müzakirə edənlər üçün izah edim: Hazırda həftə sonudur, 2023-cü il avqust ayının ikinci yarısıdır, Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatımdan, pulumdan və ya başqa bir şeydən danışmaq istəyənlər üçün deyirəm, hər şey qaydasındadır”, -  hərəkətdə olan avtomobildən kadrları yayılan Priqojin bildirir.

Qeyd edək ki, avqust ayının ikinci yarısında Priqojinin ölümündən əvvəlki həftə sonuna təsadüf edən günlər 19-20 avqust tarixləridir.




Paylaş:


Müəllif : Tarix:
31-08-2023, 21:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər