"...Uşaq bir "bəhs maşını"dır və "xalxın uşağı"ndan heç vaxt geri qalmamalıdır" - Təhsil yoxsa həyat?
Hər il olduğu kimi, bu il də minlərlə məktəbli "şagird" adından "tələbə" adına keçid etdi - hər biri müxtəlif universitetlərdə, müxtəlif sahələrə yiyələnmək şansı əldə etdilər. Təbii ki, məsələyə ölkənin təhsil və sosial reallıqları üzərindən baxdıqda, heç də hər kəsin istədiyi universitetə, istədiyi ixtisasa ürəyincə yiyələnəbiləcəyini deyə bilmərik. Sadəcə çox az sayda gənc özü üçün ciddi təhsil hədəfləri seçir və bu yöndə ciddi cəhdlə çalışır. Yerdə qalanlar isə "nə olur olsun, təki universitet olsun" anlayışı ilə o stress dolu imtahan otaqlarına daxil olurlar.
Bəs Azərbaycanın gələcəyi olan bu gənc nəslin böyük bir hissəsi niyə təhsilə, öz gələcəklərinə belə laqeyd yanaşır? Bunun bir neçə sosial-mənəvi səbəbləri var. Birincisi, gənclərin "bəhsə-bəhs" yarışının altında əzilməsidir. Burada söhbət gənclərdən çox, onların valideynlərindən gedir. Bəli, Azərbaycanda valideynlərin böyük bir qismi imtahan vaxtı yetişəndə övladlarına "yarış avtomobili" kimi yanaşır, onsuz da stress içində olan uşaqlara əlavə narahatlıqlar yaradırlar.
Məsələn, imtahana girən gənc öz gələcəyindən, təhsilindən çox, bu imtahandan kəsilsə, valideynin üzünə necə baxacağından, qohum-əqrabanın onun haqqında nə düşünəcəyindən narahat qalır. Bu da avtomatik olaraq "hara olur olsun, təki bir universitet olsun" fikri yaradır. Elə valideynin də özü bəlli etmək istəməsə də, övladının bu şüuraltı fikri ilə razılaşır - "hara olur olsun, əsas odur ki, qəbul olsun, illiyi də nə olsa, ödəyərəm, təki bəhmankəsin yanında "uşaq imtahanı keçə bilmədi" deməyim".
Bəli, bu, Azərbaycan cəmiyyətinin, valideyn təfəkkürünün reallığıdır. Statistikaya nəzər salsaq, imtahandan kəsildiyi üçün intihar edən nə qədər gənc görərik. Bunlar niyə intihar edir? Bu, ölüm deyil ki, bir də dünyaya qayıdıb, "yaxşı insan" ola bilməyəsən. Nəfəs aldığın müddətcə dəfələrlə cəhd edib, keçə biləcəyin, hər dəfə daha yüksək bal toplaya biləcəyin bir imtahandır, niyə özünü "öldürürsən"?
Uşaq var ki, elə məktəbə getdiyi ilk gündən "mesaj"ını verir ki, "ay ata, ana, mən oxumayacağam, təhsil almaq mənlik deyil, ümidinizi məndən üzün". Elə uşaq da var ki, bunu deyə bilmir, çünki o, valideynlərin "siyasi xətti" üzrə həyatını davam etdirməli olur. O uşaq bir "bəhs maşını"dır və "xalxın uşağı"ndan heç vaxt geri qalmamalıdır. O da digərləri kimi mütləq bir universitetə qəbul olub, valideyninin üzünü qohum-qonşu içində "ağ" etməlidir. Universitet oxumaq bir seçim olduğu kimi, oxumamaq da bir seçimdir. Elə deyilmi? Yəni, demokratik dəyərlərin daşıyıcısı olan bir cəmiyyətdə bu, normal qarşılanmalıdır. Özümüz övladlarımıza demokrat davrana bilmirik, öz seçimlərimizi onlara diqtə edirik, daha sonra da hökumətdən demokratik seçkilər, söz azadlığı, sosial bərabərlik, ədalətli məhkəmələr tələb edirik.
Uzaqgörən, perspektivli bir yanaşma deyil bəli, amma bu da seçimdir, axı. Niyə özümüzü o seçim haqqı heç yoxmuş kimi aparırıq?
7-8 il öncəyə qədər imtahanlarda "valideyn faktoru" var idisə, indi o, öz yerini "sosial şəbəkə"lərə verib. Gənclər daha "valideynim nə deyər" yox, "dostluğumdakılar nə düşünər" narahatlığı keçirir. Bu da "təki universitet olsun" kimi absurd bir yanaşma yaradır. Bu yanaşmanı da dövlət görür, müşahidə edir və özünə sərf edəcək şəkildə tənzimləyir: keçid balını aşağı salır, dövlət sifarişli yerləri azaldır, illik ödənişləri çoxaldır. Dörd ildən sonra universiteti bitirən gənc yerdə qalan həyatını "mən nə oxudum?" sualı ilə keçirir və 30 yaşına kimi iş tapa bilmir. Kənarda da belə bir söhbət gedir ki, "filankəsin oğlu, ya qızı o boyda universitet bitirdi, amma hələ də işsizdir. Bu ölkədə ali təhsillilər də işsiz qalır". Daha heç kim demir ki, o "ali təhsilli" candərdi universitetə qəbul olub, yoxsa öz seçimi olsaydı, gedib bərbər, maşın ustası, müğənni, lap "yutuber" olacaqdı, sənətinə sevgi ilə yanaşacaq, ordan da ən azından çörək pulunu çıxaracaqdı. Bu adam "zorakı ixtisas"la özünə necə iş tapsın, axı?!
Mətin Şükürlü, Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:1-09-2023, 13:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər