Elm və təhsil naziri Emin Əmrullayevə müraciət - Sumqayıt evdə fərdi təhsil məktəbinədə nəzər yetirin...
Hörmətli Emin müəllim.
Siz hər çıxışda müəllimləri tənqid edirsiniz, "şaftalı" sözünü düzgün yaza bilməməkdə günahlandırırsınız. lakin təhsildə problem "şaftalı"da deyil. Rüşvət təhsili məhv edir. 2023-cü ildir, hələ də Sumqayıt evdə fərdi təhsil məktəbində dərs bölgüsündə rmüəllimin bilik və bacarığı yox, rüşvət əsas götürülür. Pulyığan vasitəçilər də bizə deyirlər ki, pulu yuxarıdan istəyirlər. Biz çox inanırıq Abşeron-Xızı təhsil idarəsi və Elm və təhsil nazirliyinin bundan xəbəri yoxdur, amma bu qanunsuzluğun qarşısını kəsməməyiniz haqlı olaraq suallar yaradır. Məktəbə imtahansız direktor təyin etmisiz, lap yaxşı. Direktor Vladim İbrahimov ötən dərs ilinin sonundan deyib ki, guya bütün müəllimlərə diaqnostik balına görə dərs veriləcək. Lakin kim vasitəçilərlə razılaşırsa dədə-baba qaydasında dərs saatı alır. Diaqnostik balı yuxarı olanlar dərs saatı ala bilmir, balı aşağı olanlar 30-36 saat dərs alıblar. Bu sizi "şaftalı" sözünün yazılışı qədər narahat etmir? Faktları qeyd edək, bəlkə daxili nəzarəti göndərəsiz yoxlasın, son 5 ildə 36 saat dərsi olanlar fənnlərini necə tədris ediblər, ümumiyyətlə dərs dedikləri uşaqları üzdən tanıyırlarmı? Məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə iqədər tələb olunsa verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Həmin müəllimlərin bir neçəsinin adını qeyd edək araşdırın. özünüz şahid olun:
Əliyev Qəhrəman (riyaziyyat) diaqnostik balı 9, dərs saatı 24
Quliyeva Südabə (ibtidai) diaqnostik balı 4, dərs saatı 24
Məmmədova Qətibə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 22
Məmmədova Nuranə (iryaziyyat) diaqnostik balı 9, dərs saatı 34
Şıxıyeva Yeganə (riyaziyyat) diaqnostik balı 7, dərs saatı 30
Baxışova Tünzalə (riyaziyyat) diaqnostik balı 19, dərs saatı 36
Əhmədova Sunay (tarix) diaqnostik balı 28, dərs saatı 36
İmanov Yadigar (kimya/biologiya) diaqnostik balı 22, dərs saatı 36
İmanova-Babayeva İradə (fizika) diaqnostik balı 21, dərs saatı 34
Abdullayeva Bəyistan (tarix) diaqnostik balı 20, dərs saatı 32
Əslində isə diaqnostik bala uyğun dərs verilsə bu müəllimlərə 15-18 saatdan artıq dərs verilə bilməzdi. Ancaq yazılmamış və təhsili məhv edən "qanunlar" yenə də öz sözünü deyir. Məktəbin şagirdləri arasında eələri var ki, valideynləri özləri dərs keçirilməsini istəmir. Həmin şagirdlərin dərsləri hansısa müəllimin adına yazılır və mənimsənilir. Ona görə də elə müəllimlər var ki, yalnız pensiya kapitalı yığılsın deyə adını bizim məktəbdə müəllim kimi yazdırıb maaş kartını da rəhbərliyə verib evində oturur. Biz isə əlavə pulumuz olmadığına görə hələ dərs ala bilməmişik, Elm və təhsil nazirliyi komissiya təşkil edib dərs bölgüsü etməsə yəqin ki, axırda bizə 7-8 saat dərs verəcəklər. Həmçinin digər dövlət qurumları, Korrupsiyaya qarşı mübarizə idarəsi, Hesablama palatası da bu məktəbdə yoxlama aparsa təkcə son 5 ildə məktəbin fəaliyyətti ilə bağlı heç kimin bilmədiyi xeyli qanunsuz faktlar aşkarlana, xeyli vəsait büdcəyə geri qaytarıla bilər. Son 5 ildə 36 saat ddərs saatı olanların fəaliyyətinin araşdırılması bəs edər ki, çoxlu qanunsuz hallar aşkar olunsun. Emin müəllim sizdən çox xahiş edirik məktəbimizə düzgün dərs bölgüsü aparmaq üçün, dərsin pulla satılmasına, aşağı bal toplayanlara 30-36 saat dərs verilməsinə son qoymaq üçün komissiya göndərin.
Sima müəllimə Mahalova
Teref.az
Paylaş:
Müəllif : Fuad
Tarix:4-09-2023, 12:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər