reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qurban Məsimov işdən azad olunması üçün nazirə müraciət etdi

reklam

Qurban Məsimov işdən azad olunması üçün nazirə müraciət etdi
















Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov işdən azad olunması barədə Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.

Teatrın Mətbuat xidmətindən verilən məlumata görə, Q. Məsimov sözügedən ərizəni sentyabrın 1-də yazıb:

“Sentyabrın 1-də teatrda açılış iclasımız oldu. Qurban Məsimov teatrın direktoru Rəşad Əhməd-zadəyə, kollektivə təşəkkürünü, ürək sözlərini çatdırdı. 10 il ərzində ona yaradılan şəraitə, teatrla birlikdə qazandığı uğurlara görə öz təşəkkürünü bildirdi. Onu da əlavə etdi ki, bir sıra müstəqil layihərlə bağlı aldığı təklifləri dəyərləndirdiyini əsas gətirərək işdən çıxmaq istəyir. Bilirsiniz ki, baş rejissorların vəzifəyə təyin olunması və işdən çıxarılması səlahiyyəti mədəniyyət nazirinə aiddir. Bu səbəbdən o, ərizəsini mədəniyyət nazirinə ünvanlayıb”.

Məsələ ilə bağlı Q. Məsimovla da əlaqə saxladıq. Onun “Qafqazinfo”ya açıqlaması belə oldu: “Düşünürəm ki, bu mənim şəxsi işimdir. Mətbuata heç bir aidiyyəti yoxdur. Bu barədə heç bir şərh vermək istəmirəm”.

Xatırladaq ki, o, 2013-cü ildən bu vəzifədədir.

Qeyd edək ki, Q. Məsimovun işdən çıxması ilə əlaqədar ərizə yazması haqda xəbəri ilk olaraq APA yayıb.




Paylaş:


Müəllif : Tarix:
5-09-2023, 15:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər