reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Başçını tanımıram, amma deputatı televizorda görmüşəm" - Şəhid ailəsini 30 ildir eşidən yoxdur...

reklam

"Başçını tanımıram, amma deputatı televizorda görmüşəm" - Şəhid ailəsini 30 ildir eşidən yoxdur...









Kərimov Elçin Ataş oğlu.

25 mart 1975-ci ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub.

Orta təhsillidir. Hərbi xidməti müddətində "Yaşma"da qulluq edib, Türkiyəlilərin ölkəmizdə keçirilən hərbi təlimlərində iştirak edib. 1993-cü ildə birinci Qarabağ savaşına qatılıb. Quşçular, Qaracallı, Süleymanlı kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Hətta, döyüşlərdə bədəninin sol nahiyəsindən qəlpə yarası alsa da elə yaralı halda döyüşməyə davam edib.

Elçin Kərimov 1993-cü il dekabrın 31-də Salahlı kəndində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.


















"Başçını tanımıram, amma deputatı televizorda görmüşəm"

Nə az, nə çox... düz 30 il...

Düz 30 ildir ki, Elçin Kərimovun yaşlı ata-anası, bacısı, qardaşı və ümumilikdə 7 nəfərdən ibarət ailə üzvləri Sabunçu qəsəbəsində köhnə yataqxananın cəmi bir otağına sığınıblar.

Şəhidin qardaşı Sərxan Kərimovun sözlərinə görə onlar dəfələrlə Qaçqın və məcburi köçkünlərlə iş üzrə Dövlət Komitəsinə müraciət etsələr də əldə etdikləri yalnız boş vədlər olub.

Qeyd edək ki, qardaşının sözlərinə görə Cəbrayıl şəhidlərinə həsr olunmuş "Qəm leysanı" kitabında Elçin Kərimov haqqında da məlumat yer alır.

Nə illər əvvəl yazılan bu kitabda adından dərc edilmiş geniş məqalənin müəllifi, Sabiq icra başçısı, nə də Cəbrayıl şəhidlərinə həsr olunmuş yeni kitabın təqdimat tədbirinin aparıcılığını özü edən hazırkı icra başçısı Kamal Həsənov görünür kitabın içindəkilərlə heç maraqlanmayıblar.

Sərxan Kərimov "Kanal14"ə bildirir ki, icra başçısı Kamal Həsənovu ümumiyyətlə görməyiblər, millət vəkili Ceyhun Məmmədovu isə sadəcə televizorda görüblər.

Bəs kitab yazarkən, şəhidin barəsində məlumat almaq üçün onun ailəsinin evinə gedən olmayıbmı?

Gedənlər onların hansı şəraitdə yaşadığını görmədilərmi?

Şəhidlərə verilən qiymət, təkcə kitab yazmaqla bitmir, hörmətli, Kamal Həsənov.

O kitabları yazan müəlliflər onu bacarırlar, onu etdilər şəhid üçün. Təbii ki, balaca iş deyil, beyinlərinin məhsulu ilə gələcək nəsillərə tarix aşılayırlar. Bəs siz rayon rəhbəri olaraq nə etmisiniz?

Axı sizin səlahiyyətiniz çox şeylər etməyə çatır?

Yox, "çox şeylər" deyərkən, yardım qutusuna makaron poketini 1 deyil 2 ədəd, günəbaxan yağını 1 deyil, 2 litr qoymağı nəzərdə tutmuram. Onların 30 ildir yaşadığı ailəsinin dili ilə desək spicqa qurusu kimi dar, balaca otaqdan nisbətən rahatlığa çıxarılmasını nəzərdə tuturam. Hansı ki, onlar üçün aidiyyatı qurum qarşısında tələb qoymaq sizin və millət vəkili Ceyhun Məmmədovun vəzifəsidir.

Yeri gəlmişkən, narahatlıq doğuran təkcə şəhidin ailəsinin yaşadığı darısqal otaq deyil, eyni zamanda onun özünün Bakıxanovda yerləşən şəhidlər xiyabanındakı məzarı - adı betondan tökülmüş köhnə baş daşı da bir neçə yerindən çatlayıb. Uçub-dağılmaq üzrə olan məzar da unudulmuş ata-anaya, bacı-qardaşa daha bir yük, daha böyük əzabdır.

Onlar torpaq itirdilər, övlad itirdilər.... düz 30 il bu itkilərin həsrətilə bapbalaca bir otaqda hamısı birlikdə bir-birinə sığınıb qaldılar....

Şükürlər olsun artıq Elçin Kərimov kimi minlərlə igidlərin tökülən qanı bahasına torpaqlarımız geri alındı, amma, onların dişlə-dırnaqla qurduqları o yuvanın həsrəti imarətlərdə yaşasalar belə bitməyəcək, bala dərdi isə....

Bu sözlə ifadə ediləcək qədər yüngül acı deyil.

Bu qədər əzablara qatlaşan ailə, 30 ildir həyasına bürünüb kimsənin qapısını tez-tez döyməyib. "Söz verdilər, yəqin ev verərlər" deyib, gözləyib.


















"Başçını tanımıram, amma deputatı televizorda görmüşəm"

Nə yazıq ki, hələ də gözləyir...

Qeyd edək ki, artıq iki həftədir bu barədə "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında danışılır.

Buna rəğmən, nə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun, millət vəkili Ceyhun Məmmədovun heç tükü də tərpənməyib. Şəhidin qardaşı Sərxan Kərimov kimsənin onlarla maraqlanmadığını deyir.

Mövzuya təkrar qayıdacağıq... həllini tapana qədər qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az




Paylaş:


Müəllif : Tarix:
6-09-2023, 09:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər