reklam
Regionxeberlericom.az » Cəmiyyət » İşdən çıxarılan generalın yerinə təyinat oldu – KİV + Yenilənib

reklam

İşdən çıxarılan generalın yerinə təyinat oldu – KİV + Yenilənib


















Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Artıq onun yerinə təyinat var. Belə ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmri ilə polkovnik Elçin Məmmədov bu vəzifəyə təsdiq edilib.

E.Məmmədov yeni təyinatadək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qəbələ rayonu ərazisində yerləşən "N" saylı hərbi hissəsinin komandiri olub. O, Prezidentin sərəncamı ilə bu ilin martında “Vətən uğrunda” medalı ilə təltif edilib.


***10.59 

Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

İ. Məmmədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.




Paylaş:


Müəllif : Tarix:
6-09-2023, 14:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər