“TikTok”dan “makler” tapdılar, başlarına iş gəldi
“İki həftə əvvəl “TikTok”dan tapdığımız “makler” nömrəsi ilə əlaqə saxlayaraq Qəbələdə ev kirayələdik. Lakin dələduzluqla üzləşdik”.
Bu şikayətlə adının çəkilməsini istəməyən vətəndaş müraciət edib.
Vətəndaş iddia edir ki, özünü “makler” kimi tanıdan şəxs onları aldadıb: “Öncədən 300 manat pul ödədik. Guya bizim üçün endirim etmişdi. Qalan 300 manatı isə evə köçəndən sonra ödəyəcəkdik. 7 günlük qalacağımız evə avqustun 25-i köçəcəkdik. Lakin gedəcəyimiz gün bizə yazaraq dedi ki, iş alınmır. Ödənişi geri istəyəndə isə müxtəlif bəhanələr gətirdi. Əvvəlcə iki gün möhlət istədi, daha sonra isə ödəyə bilməyəcəyini dedi. Bir neçə gün sonra nömrəsinə zəng çatmadı. Sadəcə vatsapda aktiv idi. Zəng edirdik cavab vermirdi. Yalnız mesaj yazırdı. Hazırda isə nə zəng çatır, nə mesajlara cavab verir. “TikTok”dakı səhifəsini də bağlayıb”.
Şikayətçinin sözlərinə görə, həmin şəxs başqa insanlara qarşı da dələduzluq edib: “Qəbələdə olarkən başqa bir “makler”lə danışaraq ev kirayələdik. Həmin “makler”dən bu şəxsi soruşanda onu tanımadığını bildirdi. Amma dedi ki, son bir neçə gün ərzində eyni hadisə ilə qarşılaşan və onlara müraciət edən şəxslər çox olub. Bəlkə də o olmayıb, lakin bu halla üzləşənlər çoxdur. Biz pulu çöldən tapmamışıq. Amma bir anın içində onu itirdik”. "Qafqazinfo"
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2023, 15:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər