Azərbaycan hökuməti tanınmış jurnalistə təzminat ödəyəcək – AİHM qərar verdi
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 7-də jurnalist Şahvələd Çobanoğlunun (Namazov) işi üzrə qərar verib.
RegionXəbərləricom.az Aihmaz.org-a istinadla xəbər verir ki, qərara əsasən, Azərbaycan hökuməti jurnalistə təzminat ödəyəcək.
“Bu məhkəmə işi tanınmış jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlı idi. Ərizəçi, həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozntusundan da şikayət etmişdi. O, AİHM-ə şikayətində iddia edirdi ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanunauyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb. Ərizəçiyə görə, məruz qaldığı pozuntudan müdafiə üçün əlində istifadə edə biləcəyi effektiv müdafiə vasitələri də mövcud olmayıb. Eyni zamanda ifadə azadlığı hüququna da müdaxilə edildiyini bildirən ərizəçi, bu müdaxilənin 10-cu maddəsinin 2-ci bəndi baxımından zəruri olmadığını iddia edirdi. Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlərin Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddədə nəzərdə tutulanlardan fərqli məqsədlər üçün tətbiq edildiyini ifadə etmişdi.
Bu işdə qərardan öncə anlaşma ilə bağlı müzakirələr uğursuz olub – ərizəçi işin qərardan əvvəl həll edilməsi təklfilərini rədd edib, ərizəyə baxılmasını, məhkəmənin qərar verməsini istəyib. Bunun ardınca isə hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib – hökumət ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib. AİHM bəyannaməni nəzərə alaraq, qərar qəbul edib, həmin qərara əsasən, hökumət jurnalistə təzminat ödəməlidir”, - məlumatda deyilir.
Qeyd edək ki, Ş.Çobanoğlunun ölkədən çıxışına Baş Prokurorluq 2014-cü ildən məhdudiyyət qoymuşdu. Jurnalist bildirmişdi ki, bu onun peşə fəaliyyəti ilə bağlı olub. 2020-ci ildə onun ölkədən çıxışına qadağa götürülmüşdü.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2023, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər