Keçmiş direktor 2 nəfərin qətlinə sifariş verməkdə ittiham olunur
1 saylı Taxıl Məhsulları Kombinatının direktoru işləmiş Vahid Haşımov həbs olunub.
O, 25 il əvvəl iki nəfərin qətlinə sifariş verməkdə ittiham olunur.
Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət birgə məlumat yayıb.
İttihama görə, Vahid Haşımov 1998-ci ildə Taxıl Kombinatında sürücü-mühafizəçi işləyən Qulu Muxtarova pulla iki nəfəri öldürməyi sifariş verib. Bunlar Qərib İbadov və Ramiz Nadirov olub. Son nəticədə sifarişləri Qulu Muxtarov özü yox, Dadaş Hüseynov adlı başqa biri icra edib.
1998-ci il il fevralın 7-də Qərib İbadov güllələnib. Ardınca həmin il iyunun 20-də Ramiz Nadirov odlu silahla qətlə yetirilib.
Həm Qərib İbadova sui-qəsd, həm də Ramiz Nadirovun qətlinin eyni şəxs tərəfindən törədildiyi ehtimal olunduğuna görə bu cinayət işləri bir icraatda birləşdirilib. Bu işin istintaqı isə o zaman Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlandırılan quruma (hazırda Baş Prokurorluğun İstintaq İdarəsi) həvalə olunub.
Bir müddət sonra – 2001-ci il dekabrın 6-da isə Bakı-Qazax yolunun üstündə – dərədən çılpaq vəziyyətdə Dadaş Hüseynovun özünün meyiti tapılıb.
Sentyabrın 8-də hüquq-mühafizə orqanlarının yaydığı məlumatda deyilir ki, Dadaş Hüseynovun meyiti tapılanda onun Qərib İbadov və Ramiz Nadirova qarşı cinayətlərin icraçısı olmasına şübhələr vardı.
Dadaş Hüseynovun özünün necə öldürüldüyü isə 22 il sonra ortaya çıxıb. İddia olunur ki, Dadaş Hüseynov Qulu Muxtarovu sonradan hədələyib, ondan əlavə pul tələb edib. Bu üzdən onu 2001-ci il dekabrın 3-də Mirələm Seyidəliyev və Mətləb Fərzəliyevlə birlikdə öldürdüyü iddia olunur.
Mirələm Seyidəliyev və Mətləb Fərzəliyev vəfat edib. Ona görə qətllərlə əlaqədar Qulu Muxtarov və Vahid Haşımov təqsirləndirilən şəxs qismində cəlb olunub, onların barəsində həbs qətimkan tədbiri seçilib.
Vahid Haşımov və Qulu Muxtarovun qətllərlə bağlı ittihamlara münasibəti məlum deyil.
Qulu Muxtarov əvvəldən də həbsdə idi. Meydan TV-nin əldə etdiyi məlumata görə, o, “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədovun sələmə 2 milyon manat pul verməsi məsələsilə əlaqədar cinayət məsuliyyətinə cəlb olunub. Qulu Muxtarov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-09-2023, 19:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər