BÖYÜK PARK MƏHV EDİLİR, İCRA HAKİMİYYƏTİNİN VECİNƏ DEYİL… FOTO
Qaraçuxur qəsəbəsində yerləşən və Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan böyük, çoxillik ağaclarla zəngin olan park məhv edilir. Parkda uşaq üçün quraşdırılan atraksionlar çıxarılıb, ərazidə avtomobillər park edilir.
Tribunainfo.az yazır ki, uzun illər uşaq parkı kimi xidmət göstərən park indi bilərəkdən məhv edilir.
Artıq parkda uşaqlara aid heç nə qalmayıb, yelləncəklərin, hətta skamyaların yoxa çıxdığı deyilir.
Qəsəbə sakinləri parkın unudulması üçün bilərəkdən bu hala salındığını düşünürlər. Park zibillənir, ağaclara qulluq göstərilmir, bəzi ağacların isə kəsildiyi bildirilir.
Qəsəbədə boş qalan sahələrdə evlərin tikildiyini söyləyən sakinlər bir gün parkın ərazisinin də satışa çıxarılacağından ehtiyat edirlər. Onsuz da parkın ətrafında evlər tikilib və bir neçə evin qapısı parkın içinə açılır.
Hazırda isə parkdan avtodayanacaq kimi istifadə olunur.
Park Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Buna baxmayaraq, parka nəzarət edilmir, parkın məhv edilməsinə qarşı heç bir tədbir görülmür.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-09-2023, 11:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər