Baş Prokurorluğun müraciət etdi, bu “Youtube” kanalı bağlandı
Azərbaycanda məhkəmə Youtube kanallarından birinə girişin məhdudlaşdırılması barədə qərar çıxarıb. Söhbət "Hürriyyət" qəzetinin eyniadlı (Hurriyyet TV) kanalından gedir.
RegionXəbərləricom.az “Azadlıq Radiosu”na istinadla xəbər verir ki, qərarı Baş Prokurorluğun ərizəsi əsasında Nərimanov rayon Məhkəməsində hakim Aytən Novruzova çıxarıb.
Amma Baş Prokurorluğun özünə də Müdafiə Nazirliyi müraciət edib ki, "Hürriyyət TV"nin yayımının dayandırılmasından ötrü məhkəmədə iddia qaldırsın.
Kanalın efirində tez-tez ehtiyatda olan polkovnik Elnur Məmmədovla müsahibələr yayımlanır, ordudakı problemlər, korrupsiya hallarından bəhs olunurdu.
Müdafiə Nazirliyi Baş Prokurorluqdan xahiş edib ki...
Müdafiə Nazirliyinin Baş Prokurorluğa müraciətində vurğulanıb ki, polkovnik Məmmədovla mütəmadi müsahibələr nəticəsində kanalda Azərbaycan ordusunun vəzifəli şəxsləri barədə əsassız fikirlər səslənir, ictimaiyyət arasında ordunun nüfuzuna xələl gətirən yanlış düşüncələr formalaşır. Bu səbəbdən Baş Prokurorluqdan xahiş edir ki, kanalın yayımının dayandırılması üçün məhkəmədə iddiaçı olsun.
Baş Prokurorluğun ərizəsində göstərilib ki, "Hürriyyət TV"də yayılması qadağan olunan məlumatlar yayımlanır. Ona görə də bu Youtube kanalına girişin məhdudlaşdırılması haqda qərar qəbul olunması məqsədəuyğundur.
Başqa işi araşdırmaq adı ilə prokurorluğa çağırılıb...
Baş Prokurorluq yada salıb ki, iyulun 24-də "Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov və kanalda hərbi ekspert qismində çıxış edən polkovnik Elnur Məmmədov həbs olunmuşdu. O zaman da Baş Prokurorluğun müraciəti əsasında Nərimanov rayon Məhkəməsində onların hər birinə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yaxud qarşısının alınmaması) maddəsi ilə 1 ay həbs cəzası kəsilmişdi.
O zaman Vüqar və Elnur Məmmədovlar özlərini təqsirli bilməmişdilər. Azadlığa çıxandan sonra da "Hürriyyət"in rəhbəri bildirmişdi ki, onu başqa işi araşdırmaq adı ilə Baş Prokurorluğa çağırıb, orada haqqında sənədləşmə aparıb, sonradan məhkəmə qarşısına çıxarıblar.
"Hürriyyət TV" kanalına girişin məhdudlaşdırılması ilə bağlı məhkəmədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də maraqlı şəxs qismində çıxış edib.
"Məhkəmə qeyd edir ki, youtube.com-da "Hurriyyet TV" adı ilə fəaliyyət göstərən kanalda "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunun tələbləri pozulub", – qərarda belə yazılıb.
V.Məmmədov isə rəhbərlik etdiyi kanalda ölkənin müdafiə qabiliyyəti, milli təhlükəsizlik əleyhinə və s. məlumatların yayılması haqda iddiaların yalan olduğunu deyir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-09-2023, 21:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər