reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistanda qadınlar da hərbi xidmət keçə biləcəklər

reklam

Ermənistanda qadınlar da hərbi xidmət keçə biləcəklər


















Ermənistan hökuməti qadınların 6 ay müddətinə hərbi xidmət keçməsinə icazə verən qanun layihəsini qəbul edib.

Armenpress xəbər verir ki, layihəni Ermənistan hökumətinin iclasında müdafiə naziri Suren Papikyan təqdim edib.

“Layihə qadınlar üçün könüllülük əsasında müddətli hərbi xidmət sisteminin tətbiqini nəzərdə tutur.

Könüllü hərbi xidmətə daxil olan qadınlar üçün hərbi xidmət icbari 6 ay müəyyən edilib. Layihəyə əsasən, onların hərbi qeydiyyata alınması prosesinin təşkili və sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün ərizələrin verilməsi müddətləri tənzimlənir”, - deyə Papikyan bildirib.

Onun sözlərinə görə, qadınların çağırış gününə qədər hərbi xidmətdən imtina etmək imkanı olacaq.

6 aylıq hərbi xidmət müddəti başa çatdıqda və ya səhhətinə görə vaxtından əvvəl buraxıldıqda, tam 6 aylıq xidmət üçün 1 milyon dram (2 500 dollar) məbləğində rüsum ödəniləcək. Vaxtından əvvəl tərxis olunduqda isə göstərilən məbləğ 6 aya bölünəcək və alınan məbləğ faktiki xidmət edilmiş ayların sayına vurulacaq.

“Qadınlar 6 aylıq müddətdən sonra “Vətənin Müdafiəçisi” proqramı çərçivəsində tərxis olunmaq əvəzinə 5 il müddətinə müqaviləli hərbi xidmətə keçə biləcəklər”, - deyə Ermənistanın müdafiə naziri yekunlaşdırıb.

Nazir qeyd edib ki, qış çağırışında könüllü xidmət etmək arzusunu bildirən qadınlar da orduya çağırılacaq.




Paylaş:


Müəllif : Tarix:
14-09-2023, 15:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər