Polşa da Rusiya qeydiyyatlı avtomobillərin ölkəyə girişinə qadağa qoyur
Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan etmək qərarına gəlib.
Bu barədə respublikanın daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
“Bu qərar sentyabrın 8-də Avropa Komissiyasının Rusiya Federasiyasında qeydiyyatda olan avtomobillərin Aİ ərazisinə girişinə qadağa qoyulması ilə bağlı bəyanatından sonra qəbul edilib və qadağa Polşa sərhədində bu gün gecə yarısından başlamaqla sabahdan qüvvəyə minəcək", - deyib.
Kaminskinin sözlərinə görə, bu qadağadan sonra Rusiyada qeydiyyatda olan heç bir minik avtomobili Polşa ərazisinə daxil ola bilməyəcək. "Rusiya yük maşınlarına qadağa əvvəllər də qüvvədə idi. İndi isə heç bir Rusiya maşını Polşaya daxil ola bilməyəcək", - o qeyd edib.
Nazir vurğulayıb ki, bu, avtomobilin hansı dövlətin vətəndaşına məxsus olmasından asılı olmayaraq bütün avtomobillərə aid ediləcək.
Xatırladaq ki, artıq Estoniya, Latviya, Litva və Finlandiya da oxşar qərar qəbul ediblər.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2023, 17:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər