reklam
Regionxeberlericom.az » Cəmiyyət » Diananın məşhur sviteri 1,1 milyon dollara satıldı

reklam

Diananın məşhur sviteri 1,1 milyon dollara satıldı


















Şahzadə Diananın ağ qoyunlar arasında tək qara qoyunun yer aldığı məşhur sviteri Nyu-Yorkda “Sotheby's” Hərrac Evində 1,14 milyon dollara (1,938 milyon manata) satılıb.

Təkliflərin onlayn yerləşdirildiyi hərracın qalibinin kimliyi açıqlanmayıb.

Mart ayında çardaqda tapılan sviter son illər hərracda satılan Şahzadə Dianaya aid digər əşyalarla müqayisədə ən yüksək qiymətə satılan əşya olub.

Qeyd edək ki, Şahzadə Diana bu simvolik təsvirli sviteri 1981-ci ilin iyununda, o vaxt Uels şahzadəsi olan Çarlzla evlənməzdən bir neçə həftə əvvəl polo matçında geyinib. Sviterin dizaynı Diananın kral ailəsindəki yerinin simvolu kimi təsvir edilib.

Xatırladaq ki, şahzadə Diana 31 avqust 1997-ci ildə 36 yaşında paparassilər tərəfindən izlənərkən Parisdə tuneldə avtomobil qəzası keçirərək dünyasını dəyişib.

Qəzada Diana ilə birlikdə avtomobildə olan Dodi Əl Fayed və sürücü Henri Pol da həyatını itirib.




Paylaş:


Müəllif : Tarix:
16-09-2023, 18:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər