Peskov Kadırovun səhhəti ilə bağlı suala belə reaksiya verdi
“Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti Rusiya Federasiyası Prezidentinin administrasiyasının işi deyil”.
Bunu Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov brifinqdə jurnalistin müvafiq sualına cavab olaraq bildirib.
“Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. İstənilən halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilir. Ona görə də bizim burada deməyə sözümüz yoxdur”, - Peskov deyib.
O bildirib ki, Kadırovun ötən bazar günü Moskvada Vladimir Putinlə görüşməsi iddiası əsassızdır.
Qeyd edək ki, daha əvvəl mətbuatda Ramzan Kadırovun səhhətinin pisləşməsi və onun Moskva xəstəxanalarından birinə yerləşdirildiyi barədə məlumatlar yayılıb. Çeçenistan rəhbərinin özü isə belə söz-söhbətlərin ortaya çıxmasından sonra videomüraciət yayıb və iddiaların əsassız olduğunu deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2023, 14:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər