Vəzifəli şəxs rüşvətlə tikintiyə icazə verməkdə ittiham olunur
Rüşvət müqabilində tikintiyə icazə verməkdə ittiham olunan vəzifəli şəxs barədə cinayət işi məhkəməyə göndərilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar Tofiq Kərimovun qanunsuz əməlləri ilə bağlı keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İbtidai istintaqla Tofiq Kərimovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon ərazisində müvafiq tikinti işlərinin aparılmasına razılıq verilməsi müqabilində rüşvət qismində tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyənləşdirilib.
İş üzrə toplanmış sübutlar əsasında Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2023, 17:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər