reklam
Regionxeberlericom.az » Cəmiyyət » Xilasedicilər Astarada 38 nəfəri təxliyə etdi - Video

reklam

Xilasedicilər Astarada 38 nəfəri təxliyə etdi - Video
















İntensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

FHN-dən verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə olunub.

Su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir.

Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirliyin əməkdaşları ərazidə xidmət aparır.





Paylaş:


Müəllif : Tarix:
18-09-2023, 18:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər