Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidmətinin bəyanatında deyilir.
"Təhlükəsizlik Şurasının iclası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. İclasın gündəliyində Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı irimiqyaslı hərbi əməliyyatlar müzakirə olunur", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2023, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər