reklam
Regionxeberlericom.az » Cəmiyyət » 8 sülhməramlının ölümünə görə korpus komandiri işdən çıxarıldı

reklam

8 sülhməramlının ölümünə görə korpus komandiri işdən çıxarıldı
















Ötən gün Qarabağda Rusiya sülhməramlılarının avtomobilinin atəşə tutulması nəticəsində 8 rus hərbçinin ölümünə görə korpus komandiri işdən çıxarılıb.

RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, vəzifəsindən azad edilən şəxs 1-ci Ordu Korpusunun komandiri Qiyas Abbasovdur.

Bəlli olub ki, Azərbaycan tərəfə sürətlə hərəkət edən Rusiya sülhməramlılarının maşınını səhvən erməni avtomobili sayaraq, atəş altına alan əsgərlər onun tabeçiliyində xidmət göstərib.

Qiyas Abbasov Vətən müharibəsində yaxşı nəticələr göstərən Hikmət Həsənovun yerinə həmin vəzifəyə təyin olunub. 23 saatlıq antiterror tədbirlərində və ondan da əvvəl yetərsiz fəaliyyət göstərdiyi iddia edilir.

Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşləri və Vətən müharibəsinin iştirakçısı olub. Vətən mühaibəsindən sonra «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.

O, 2021-ci ildə general Hikmət Həsənovun yerinə 1-ci korpusa komandiri təyin olunub.

Daha əvvəl isə 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.




Paylaş:


Müəllif : Tarix:
21-09-2023, 15:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər