Jurnalistin köməyə ehtiyacı var: “Qızımı özüm böyütmək istəyirəm”
Gənc jurnalist Şəfiqə Nazimqızı ağır xəstəlikdən əziyyət çəkir.
Bu barədə o öz sosial şəbəkə hesabında yazıb..
Təcili köməyə ehtiyacı olduğunu bildirən jurnalist 14 gün vaxtı qaldığını da qeyd edib:
“Həyatımın ən gözəl çağında, 5 illik həsrətdən sonra dünyaya gələcək övladımı qucağıma alacağım günlərin tam sonunda kəskin leykoz xəstəsi olduğum aşkarlanıb. Yüksək həyati risklə övladım doğulub, onu xəstəxanada ailə üzvlərimizə tapşırıb yoldaşımla Türkiyəyə müalicəyə getmişəm. Tam sağalmağım üçün ilik nəqli lazımdı. Xoşbəxtlikdən qardaşım donor kimi uyğun gəlib və oktyabrın 4-10 arasında transplantasiya həyata keçirilməlidir. Onun üçün maddi imkanımız yoxdur və təxminən 50 min dollardan çox pul lazımdır”
Gənc jurnalist bildirib ki, maddi dəstəyə ehtiyacı var:
“Bu pulun yığılmasında yardımsevər insanların köməyinə ehtiyacımız var. Məbləğ böyük görünür, lakin dama-dama göl olar deyiblər. Qızımı özüm böyütmək istəyirəm…”
Azərbaycan Beynəlxalq Bankı: 4127 2141 2198 9898
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2023, 15:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər