reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rəsmi İrəvan Qarabağ ermənilərinin köçürülməsinə hazırlıq görür

reklam

Rəsmi İrəvan Qarabağ ermənilərinin köçürülməsinə hazırlıq görür















Ermənistan hökuməti zərurət yaranarsa Qarabağdan əhalinin təxliyəsinin təşkili məsələlərini müzakirə edir.

Armenpress xəbər verir ki, bu barədə hökumət mənbələri məlumat yayıb.

Mənbə qeyd edib ki, qərarlar vəziyyətdən və Qarabağ təmsilçiləri, habelə Azərbaycan rəsmiləri və Rusiya sülhməramlılarının nümayəndələri arasında aparılan danışıqların nəticələrindən asılı olaraq qəbul ediləcək:

"Ermənistan hökuməti Qarabağ ermənilərinin təxliyəsi məsələsini gündəmə gətirməyib və hesab edir ki, Dağlıq Qarabağ ermənilərinin öz evlərində təhlükəsiz və ləyaqətlə yaşamaq hüququ təmin edilməlidir. Lakin bu mümkün deyilsə, ermənilərin Qarabağda və ya onların bir hissəsində yaşaması üçün lazımi qərarlar qəbul ediləcək. Belə bir ssenarinin həyata keçirilməsi üçün lazımi hazırlıqlar görülür və müxtəlif ssenarilər hazırlanır”.




Paylaş:


Müəllif : Tarix:
21-09-2023, 16:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər