reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ermənilər “Artsax” sözünü beyinlərindən atsalar, bizdən min qat yaxşı yaşayacaqlar”

reklam

“Ermənilər “Artsax” sözünü beyinlərindən atsalar, bizdən min qat yaxşı yaşayacaqlar”















"Hesab edirəm ki, artıq Ermənistanla xalq diplomatiyasına başlamaq olar. Cənab Prezidentimiz də deyib ki, biz çoxmillətli ölkəyik, hər kəs bilir ki, bütün xalqlardan Azərbaycanda yaşayanlar var. Azərbaycanda ruslar da, yəhudilər də, talışlar, ləzgilər, hətta ermənilər də yaşayır. Azərbaycanda minlərlə erməni yaşayır. Bu millətlər 2020-ci il müharibəsində Azərbaycan tərəfdən vuruşdu, başqa millətdən olan onlarla gənc qəhrəman adı aldı. Onlar Azərbaycan torpaqları üçün döyüşürdülər. Bu, doğurdan da bütün dünyaya göstərməli hadisədir. Bütün dünya bunu bilməlidir, təbliğ olunmalıdır. Dünya bizim bütün millətlərlə bərabər yaşaya bildiyimizdən xəbərdar olmalıdır, bizə münasibəti dəyişməlidir..." 

Bu sözləri Yenisabah.az-a tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 

O bildirib ki, Ermənistan sülh müqaviləsini imzalamaqla ağıllı iş görmüş olacaq və bu, onlara fayda verəcək: 

"Mən hesab edirəm ki, ermənilər ağıl işlətsələr, bizimlə sülhə razı olsalar, bu, onlar üçün də sərfəli olacaq. 

Bu zaman İrəvanın Qarabağ başağrısı qurtaracaq, başlayacaq Ermənistanın gələcəyini düşünməyə, iqtisadiyyatını gücləndirməyə. Qarabağ indiyə kimi Ermənistana nə siyasi, nə də  iqtisadi cəhətdən heç bir fayda verməyib. 

Onlar cənab Prezidentin çağırışına qulaq assalar, daha yaxşı yaşayacaqlar. Əmin olun ki, Xankəndidəki ermənilər yüz qat Ermənistandan daha yaxşı yaşayacaqlar. Çünki yeni tikilən şəhərlərdə bütün şərait təmin olunur. Ağdam, Laçın, Şuşaya baxmaq bunu deməyə əsas verir, hər şey müasir standartlara cavab verir. Ermənilər beyinlərindəki xəstə Arstax sözünü atsalar, normal cəmiyyətdə, bizim bayrağımız altında yaşasalar, vallah, hər şey çox gözəl olacaq. Bizimlə normal şəkildə, həmişəki kimi yaşaya biləcəklər. Onlar bizdən də min qat daha yaxşı yaşayacaqlar, mən buna əminəm, çünki biz elə millətik ki, həmişə kənar millətə daha çox hörmət edirik, bu həmişə belə olub". 

Onun sözlərinə görə, əgər Qarabağ erməniləri bizim bayraq altında yaşamağı seçsələr, daha yaxşı şəraitdə yaşayacaqlar: 

"Biz bunu etməklə bütün dünyaya göstərə bilərik ki, biz bir yerdə yaşaya bilirik. Bu zaman Zəngəzur dəhlizi də açılacaq, bu dəhlizin açılması birinci növbədə elə ermənilərin özünə fayda verəcək. Onların qapıları Avropaya, Türkiyəyə açılacaq. Ermənilər bütün bunları fikirləşib addım atmalıdırlar. 

Bu gün onlar istəsələr də, istəməsələr də biz ərazi bütövlüyümüzü onsuz da bərpa edəcəyik. Mən istəyirəm ki, uşaqlar ölməsin, gənclər döyüşlərdə həlak olmasın. Müharibənin getdiyi dövrdə hər kəs ağladı, hər iki tərəfdən gənc əsgərlər həyatını itirdi. Bizdə minlərlə şəhid oldusa, onlarda itki bizimkində də qat-qat artıq oldu. Bizim genefondumuz məhv olub gedir. Yaxşı olar ki, biz bütün dünyaya göstərək ki, birlikdə çalışmaqla daha çox şeyə nail ola bilərik. Bütün konfliktləri birgə fəaliyyət göstərməklə, danışıqlarla çözmək olar. 

Hər iki tərəfdən milyardlarla pul silah-sursat almaq üçün gedir, ölkələr müharibəyə hazırlaşır. Elə həmin pulu öz millətimizə verərik və daha yaxşı yaşayarıq. Analar, gənclər görüşlərdə bu məsələləri dilə gətirməlidir, bu  problemi qaldırmalıdır. Bəlkə bu, bizə normal addım atamağa imkan verər".




Paylaş:


Müəllif : Tarix:
21-09-2023, 17:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər