reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Qarabağdakı 40 min ailənin Ermənistanda yerləşdirilməsi üçün hazırlıq görülüb”

reklam

“Qarabağdakı 40 min ailənin Ermənistanda yerləşdirilməsi üçün hazırlıq görülüb”


















“Belə bir informasiya yayılıb ki, guya Ermənistan Respublikası Qarabağdan Ermənistana köçmək istəyənlər üçün yolu bağlayıb və ya bunu qadağan edib”.

Ermənistan KİV xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistanın qapısı Qarabağdan bu ölkəyə gəlmək istəyənlərin üzünə açıqdır:

“Biz hamımız bilirik ki, Laçın dəhlizi 10 aydır ki, bağlıdır. Həmin müddət ərzində Laçın dəhlizindən Ermənistana gedən yol Ermənistan tərəfindən bir dəqiqəlik də bağlanmayıb və yol əvvəl də olduğu kimi açıq qalır. Üstəlik mən bu həftənin əvvəlindən Qarabağdan mümkün qaçqınlar qrupunun qəbulu və onlar üçün yaşayış şəraitinin yaradılması məqsədilə işçi qrupu yaradılmasına göstəriş vermişəm”.

Paşinyan deyib ki, Ermənistanda 40 min ailənin yerləşdirilməsi üçün hazırlıq işi görülüb:

“Amma biz bu barədə danışmaq istəmirik. Niyə? Çünki biz hesab edirik ki, Qarabağ erməniləri öz evlərində, öz vətənlərində ləyaqətli və təhlükəsiz şəraitdə yaşamalıdırlar”.




Paylaş:


Müəllif : Tarix:
22-09-2023, 22:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər