reklam
Regionxeberlericom.az » Cəmiyyət » “General-mayor həmin polisləri cəzalandıracağını dedi” – Hacı Vəliyev

reklam

“General-mayor həmin polisləri cəzalandıracağını dedi” – Hacı Vəliyev


















Ötən gün Kəlbəcər rayon sakinləri, Vətən müharibəsi iştirakçıları – Sərdar Quliyev və Ruslan Süleymanov intihara cəhd edib.

Bu barədə “Gənc qazilər” ictimai birliyinin sədri, Vətən müharibəsi iştirakçısı Hacı Vəliyev məlumat yayıb.

O bildirib ki, intihara cəhd edən hər iki Vətən müharibəsi iştirakçısı 3-cü qrup Qarabağ əlilidir:

“Dediklərinə görə, onlar 28 saylı Polis bölməsinin rəis müavini və bir qrup polis əməkdaşı tərəfindən döyülüb, təhqirə məruz qalıblar. Rəis müavininin daha qəddar rəftarına etiraz olaraq özlərini körpüdən atmaq istəyiblər.

Nəyə görə?

Deməli, 3 nəfər olublar, Qazi Mahmudov Rufan Aleksandr oğlu ilə birlikdə, hər üçü qaçqındır (məcburi köçkün – red.), dövlət onları müvəqqəti yataqxana ilə təmin etməlidir. Bunun üçün onlar Bakı Dövlət Universitetinin tələbə yataqxanasının qaçqınlar məskunlaşmış binasında yerlə təmin olunmaq üçün rəhbərliyə müraciət ediblər. Rəhbərlik gəlib izah edib ki, Rufan bir kirayə tapsın, onun kirayə pulu veriləcək, müvəqqəti olaraq belə idarə edilsin, bu yaxınlarda yerlə təmin ediləcək. Bu zaman əraziyə Yasamal rayon polis idarəsinin 28-ci polis bölməsinin əməkdaşları gəlib. Rəis müavini “Sahil Babayevlər gəlib, nə istəyir” deyərək qaziləri təhqir etməyə, vurmağa başlayıb. Yataqxananın ikinci mərtəbəsindən sürüyərək birinci mərtəbəyə salıblar, qazi Sərdarın əməliyyat olunmuş ayağını zədələyiblər, qazi Ruslanın qolu, gözünün altına zərbələr endiriblər”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb. 

İddialara cavab olaraq, DİN-in mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, həmin şəxslərdən 2 nəfər polisin qanuni müdaxiləsindən yayınaraq intihara cəhd görüntüsü yaradıb. 

Sentyabrın 22-də saat 21:30 radələrində özünü qazi kimi təqdim edən bir qrup şəxsin Bakı Dövlət Universitetinin tələbə yataqxanasına daxil olaraq bir neçə otağı zəbt etmələri ilə bağlı polisə məlumat daxil olub. 

Həmin şəxslər sentyabrın 21-də və bu gün yataqxanada əlavə otaqlar zəbt etmək məqsədilə həmin ünvana gəliblər. Həmin şəxslərdən, borclu qismində axtarışda olan — 1993-cu il təvəllüdlü Mahmudov Rufan Aleksandr oğlu özünü “Varis" şəhid ailələri və qazılərə qayğı ictimai birliyinin üzvü və müharibə iştirakçısı kimi təqdim etməklə tabesizlik nümayiş etdirib, qanunsuz tələblər irəli sürüb. 

Bu zaman R.Mahmudovla birlikdə əvvəllər də Yasamal rayonu A.Abbasov küçəsində yerləşən Həkimlərin təkmilləşdirmə İnstitutunun otaqlarını zəbt edən 3-cü dərəcəli əlillik statusu olan, 1993-cü il təvəllüdlü Süleymanov Ruslan Fazil oğlu və digərləri özlərini qazı kimi təqdim etməklə münaqişə yaradıblar, polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstəriblər. Onlar polis orqanına dəvət edilib. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində müvafiq tədbirlər görülür”, - DİN-in məlumatında qeyd olunub.

Hacı Vəliyev bu məsələni ictimailəşdirdiyi paylaşımın şərh bölməsində qeyd edib: “Aldığım məlumata görə, intihara cəhd edən qaziləri Bakı şəhəri Baş Polis idarəsinin rəis müavini general-mayor Vüqar Ələkbərov qəbul edib. Problemlərini dinləyib, polis əməkdaşlarını cəzalandırılacağını deyib”.




Paylaş:


Müəllif : Tarix:
23-09-2023, 19:17
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər