Eyni məkan, fərqli münasibət... - Fotolar
Məlum olduğu kimi, aparılmış lokal xarakterli antiterror tədbirlərindən sonra öz istəyi ilə Azərbaycanın Qarabağ bölgəsini tərk etmək istəyən erməniəsilli vətəndaşların təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanın məhz bu humanist addımı nəticəsində onların burnu belə qanamadan rahat və təhlükəsiz şəraitdə təxliyəsi təmin olunur.
Təxliyə olunanlar arasında bunu etiraf edənlər, “Belə gözləmirdik, bizə heç nə etmədilər” deyənlər də var.
Amma Birinci Qarabağ müharibəsi dönəmində doğma yurdundan didərgin salınan azərbaycanlılar üçün heç bir güzəşt olunmamış, Ermənistan ordusu tərəfindən bütün beynəlxalq hüququn normaları kobud şəkildə pozulmuş, dinc əhaliyə qarşı divan tutulmuşdu. Elə bu vəhşiliyin nəticəsi idi ki, yüzlərlə soydaşımız qarlı, boranlı havada meşələrdə, dağlarda qətlə yetirildi, qız-gəlinlərimiz təcüvüzə məruz qaldı, körpələr diri-diri yandırıldı.
30 il sonra isə Qarabağdakı seperatçılarla qarşı aparılmış lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı belə idi:
“Aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır”.
Azərbaycan Ordusu yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail oldu, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər və mülki infrastruktura da heç bir zərbə dəymədi.
İndi isə Qarabağda eyni məkanlarda fərqli münasibətləri əks etdirən fotoları təqdim edirik:
Fotoda Xocalı faciəsi zamanı azərbaycanlılar
Qarabağdan öz istəyi ilə ayrılan erməniəsilli şəxslərin körpələri
Xocalı faciəsi zamanı yaşlı qadınlar...
Qarabağdan öz istəyi ilə şəxsi avtomobilində ayrılan erməniəsilli qadın...
Paylaş:
Müəllif : Fuad
Tarix:24-09-2023, 22:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər