“İstəsəydim, atama heykəl qoydurardım” – Azərbaycan deputatı
“Mətbuatda səsləndirilən ittihamlar, yaşadığım küçəyə guya, öz atamın adını verdirməyim barədə iddialar mənə qarşı təxribatdır. Bu informasiyalar reallığı, həqiqəti əks etdirmir. Yaşadığım küçə atamın adına deyil axı…”.
Bu barədə Modern.az-a sabiq deputat hacı Qalib Salahzadə danışıb. O bildirib ki, heç bir küçəyə ad verməyə səlahiyyəti yoxdur:
“Mən kiməm ki, hansısa küçəyə ad verim? “Yeni Müsavat” qəzeti davamlı olaraq haqqımda ittihamlar yazır… Halbuki, o qəzetin baş redaktoru Rauf Arifoğlu mənimlə birlikdə Həcc ziyarətində olub… Mən də o ziyarət zamanı yaşanmış bəzi hadislərdən danışa bilərəm…
İndi deputat olduğum dövrdən qalan bəzi məsələlər, oğlumun işi ilə əlaqədar olan qüvvələr var ki, barəmdə mənfi fikir formalaşdırmaqla, məni insanların gözündən salmağa çalışırlar. Hamı bilir ki, mən 1990-cı illərdən bu yana Heydər Əliyevin tərəfdarıyam, indi də Yeni Azərbaycan Partiyasının üzvüyəm. Ona görə, haqqımda təşkil olunmuş şəkildə qərəzli informasiyalar çox yayırlar”.
Qalib Salahzadənin sözlərinə görə, Bilgəh qəsəbəsində 90-cı illərə qədər küçələrin adları olmayıb. O bildirib ki, bu ərazi vaxtilə Abşeron rayonunun kəndi olduğuna görə, Bilgəhdə yaşayan hörmətli insanların adı Kənd soveti tərəfindən siyahıya alınıb, adlarına küçə verilib. O cümlədən də atası Aslan Salahzadə:
“50-dən çox Bilgəh ziyalısının adına küçə var idi. Baba Quliyev, Kazım Quliyev, Zeynəb xanım və s. insanların adına küçə verilmişdi. Mənim atam Aslan Salahzadə 35 il Bilgəh kəndində müəllimlik edib. Hər kəs bilir ki, o, 3 ali məktəb, bir texnikum bitirib. Respublikanın bütün tanınmış şairləri, yazıçıları ilə dost idi, Cabir Novruzla birlikdə təhsil alıb. Ziyalı insan olduğuna görə, atamın da adı qeyd etdiyim şəxslərin siyahısına salındı və adına küçə verildi. Lakin hazırda həmin illərdə verilən küçə adlarının hamısı ləğv olunub, həmin küçələr başqalarının adına keçirilib.
İndi mənim yaşadığım küçə Aslan Salahzadə deyil, Qələbə küçəsi adlanır. Mənim atamın adına küçə olduğunu deyənlər, yazanlar yaxşı olardı bu məsələni bir araşdırardılar. Bu cür cılız, yalan iddialar ortaya atmaqla məni ittiham edirlər. Əgər deputat səlahiyyətlərimdən sui-istifadə edəsi olsaydım, atamın adına heykəl, abidə qoydurardım. Halbuki, mənim atamın belə şeylərə ehtiyacı olmayıb. O, ziyalı insan olmasaydı, 90-cı illərdə onun adı küçəyə veriləndə, camaat etiraz edərdi”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-08-2019, 20:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-08-2019, 20:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25