Xankəndi ilə bağlı kritik qərar: - Azərbaycan bayrağı...
Yaxın bir neçə gündə Xankəndidəki qondarma rejimin buraxılması elan ediləcək.
RegionXəbərləricom.az teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Nəşr iddia edir ki, ictimaiyyətə açıqlanmasa da, Samvel Şahramanyan Azərbaycanın aidiyyəti qurumları ilə təmasadadır:
“Son görüşlər və danışıqlar nəticəsində azərbaycanlıların Xankəndiyə daxil olması ləngiyir. Sentyabrın 21-də Yevlaxda keçirilən dialoqda azərbaycanlılar növbəti dəfə prioritet tələblərindən birində təkid etdilər ki, qondarma qurumun ləğvi elan olunmalıdır, bütün “dövlət binaları”nda Azərbaycan bayrağı asılmalıdır, Xankəndidəki “qurumlar” inteqrasiyaya başlamalıdır”.
“Hraparak” yazır ki, Şahramanyan məsələ ilə əlaqədar Azərbaycan rəsmiləri ilə görüşüb:
“Şahramanyan şəhərdəki həssas durumu nəzərə alaraq, bayraqların asılması və Xankəndiyə girişin gecikdirilməsini xahiş edib”.
Erməni nəşri qondarma qurumun yaxın bir neçə gündə elan ediləcəyini, Xankəndidə Azərbaycan bayraqlarının asılacağını, şəhərdəki “institutlar”ın inteqrasiyaya başlayacağını bildirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2023, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər