“Direktor təyin olunub, xəbər yayıldıqdan sonra işdən çıxarıblar” – KİV
Lənkəranın icra başçısının sabiq müavini, ötən ilin iyulunda məktəbliyə qarşı zorakılıqda ittiham olunan Rasilə Arifqızının uşaq evinə direktor təyin olunması ilə bağlı xəbər yayılıb.
Lənkəran Rayon İcra Hakimiyyəti daha sonra yayılan məlumatı təkzib edib.
Qeyd olunub ki, hazırda həmin vəzifə vakantdır.
Ancaq Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin adının açıqlanmasını istəməyən əməkdaşı Meydan TV-yə deyib ki, icra hakimiyyətinin qərarının ləğv olunmasına səbəb sosial şəbəkələrdə yayılan xəbərlər və bunun ətrafında baş verən qalmaqaldır.
Mənbənin sözlərinə görə, Rasilə Arifqızı bir neçə gün əvvəl uşaq evinin müdiri vəzifəsinə təyin olunub. Uşaq evinin direktoru Mehriban Səfərova isə bu yaxınlarda tutduğu vəzifədən kənarlaşdırılıb.
“Rasilə xanım hətta kollektivə təqdim olundu, təbrikləri qəbul etdi. O, dünən axşam saatlarınadək müəssisədə olub, kabinetində telefon zənglərini cavablandırıb, görüş keçirib”.
“Rasilə Arifqızı bir ildən çoxdur işsizdir. O, Lənkəran İcra Hakimiyyəti başçısının məsləhəti ilə həmin müəssisəyə rəhbər vəzifəsinə gətirilib. Rayonda əksəriyyət onun başçı ilə yaxınlığından xəbərdardır”,- adının açıqlanmasını istəməyən vəzifəli şəxs deyib.
Rayondakı vəzifəli mənbə onu da deyir ki, dünən sosial şəbəkələrdəki tənqidlərdən sonra dövlət müəssisələrində çalışanlara, əsasən də müəllimlərə Rasilə Arifqızı ilə bağlı xoş sözlər, tərif dolu təbriklər yazılması tapşırılıb. Əksər səhifələrdə təbriklər yazılsa da, hadisə geniş qalmaqal doğurduğundan, o, vəzifəsindən kənarlaşdırılıb. Mənbə deyir ki, əmrin imzalandığı ərəfədə qalmaqal icra hakimiyyətini qərarı dəyişməyə məcbur edib:
“Yaxınlarından öyrəndim ki, dünən gecə saatlarında Rasilə xanımın üstünə təcili tibbi yardım çağırılıb, o, sarsıntı keçirib. Hələ də özünə gələ bilmir. Halbuki, rayondakı şəhid ailələrinin çoxuna yardım edib. Qalmaqalın kimlərsə tərəfindən xüsusi şişirdildiyini düşünürlər”.
Uşaq evinin Lənkəran Rayon İcra Hakimiyyətinin tabeliyində olduğu bildirilir.
Müəssisəyə məxsus telefonlara cavab verən xanım əməkdaş Rasilə Arifqızı ilə bağlı sualları cavablandırmaqdan imtina edib.
Xatırladaq ki, ötən il Lənkəran Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Rasilə Arifqızının 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkəti etməsi faktına görə Lənkəran Rayon Prokurorluğunda cinayət işi başlanıb. Məktəblinin ailəsinin mətbuata müraciətindən sonra Arifqızı vəzifəsindən kənarlaşdırılıb. Lakin bir müddət onun adı icra hakimiyyətinin rəsmi səhifəsindən silinməyib.
İstintaq müəyyən edib ki, Rasilə Arifqızı 2022-ci il iyulun 14-də attestat verilməsi bəhanəsi ilə xidməti sürücüsü vasitəsilə şagirdi yaşadığı evə gətizdirib, vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan yeniyetmənin mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına, həmçinin ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr yaradıb. Toplanmış sübutlar əsasında Rasilə Arifqızına Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Lənkəran Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli hökmü ilə Rahilə Arifqızına 4 min manat cərimə cəzası təyin olunub. Şirvan Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı dəyişdirilmədən qüvvədə saxlayıb.
Bir qrup QHT hadisəni nəzarətdə saxlayacağını açıqlayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-09-2023, 16:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər