reklam
Regionxeberlericom.az » Cəmiyyət » Qarabağdan Ermənistana gedənlərin sayı 28 mini keçdi – Yenilənib

reklam

Qarabağdan Ermənistana gedənlərin sayı 28 mini keçdi – Yenilənib

















Saat 20:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 28 120 nəfər gəlib.

Bu barədə bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

***16:31

Qarabağdan Ermənistana keçən ermənilərin sayı 19 min nəfər olub.

TASS xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, hökumətin “Humanitar Mərkəzi”nin koordinatoru Tiqran Xaçatryan mətbuat konfransında bildirib.

Baş nazirinin müavini qeyd edib ki, onlardan 2,5 mini artıq müvəqqəti yerləşdirmə mərkəzlərindədir.

“Hazırda Qarabağın 19 min sakini Kornidzorla (Azərbaycanla həmsərhəd kənd nəzərdə tutulur) sərhədi keçib ki, onlardan 2,5 mini artıq müvəqqəti yaşayış mərkəzlərindədir”, - o deyib.

***10.06

Bu gün saat 08.00-a olan məlumata görə, Ermənistan ərazisinə keçən ermənilərin sayı 13550 nəfər olub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Onlardan 11 min nəfərinin qeydiyyat məlumatları artıq tərtib edilib.

"Hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edir”, - Nazirlər Kabinetindən bildirilib.




Paylaş:


Müəllif : Tarix:
26-09-2023, 22:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər