reklam
Regionxeberlericom.az » Cəmiyyət » 200-ə yaxın şəhid vermişik: - Nəticəyə baxmırsınız?

reklam

200-ə yaxın şəhid vermişik: - Nəticəyə baxmırsınız?


Son anti-terror tədbirində 200-ə yaxın (192 əsgər, 1 mülki - red.) şəhidimizin olduğu rəsmi şəkildə açıqlandı. Bəziləri bu sayın 24 saat üçün həddindən artıq yüksək olduğundan gileylənirlər. Məsələyə say olaraq deyil, nəticə olaraq baxmaq lazımdır.

Regionxeberlericom.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

O bildirib ki, nəticə də ortadadır - elə ilk 24 saatda düşmən qüvvələrinə sarsıdıcı zərbə vuruldu və bunun nəticəsində də onlar təslim oldular:

“İkinci vacib məsələ. 10 noyabr 2020-ci ildə çoxumuz müharibənin davam etməsini və bütün Qarabağın azad olunmasını istəyirdik, elədirmi? 3000 yox, hətta 5000 şəhid verib buna nail ola bilsəydik, cəmiyyət olaraq sevincli olacaqdıq. Halbuki o zamanlar həm Ağdərə istiqamətində, nə də Xocavənd istiqamətində xeyli itki verirdik. İndi isə son şəhidlərimizin sayəsində - ki sayları 200 nəfərə yaxındır - artıq bütün Qarabağ bizimdir. Təbii ki, bütün Qarabağın bizə geri qaytarılması sırf şəhid və qazilərimizin sayəsində olmamışdır, həm də dövlət başçımızın siyasi səyləri nəticəsində mümkün olmuşdur. Prezident Əliyevin Rusiya ilə qurduğu münasibətlərin də köməyi ilə biz Qarabağın qalan hissəsini 2000 şəhidlə deyil, 192 şəhid (və qazilərimizlə) geri ala bildik”.

Professor Anım Günündə şəhidlərimizə bir daha rəhmət diləyib:

“Şəhid ailələri də illər sonra itkilərin mənasız olmadığını, oğullarının əsl qəhrəman kimi adlarını tariximizə yazdırdıqlarını daha yaxşı dərk edəcəklər”.




Paylaş:


Müəllif : Tarix:
27-09-2023, 11:25
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər