"Qarabağdan könüllü köç edən əhalinin arxasınca ağlamaq fikrində deyilik" - HƏQİQƏTƏN DƏ...
"İkinci Qarabağ Müharibəsində qazandığı Qələbə ilə qardaş Azərbaycan Qarabağın böyük hissəsini erməni işğalından azad etdi. 44 günlük müharibə nəticəsində Azərbaycanın əldə etdiyi böyük qələbə dünyanı şoka saldı. Bu müharibədə Türkiyə istehsalı PUA-lar və bəzi yüksək texnologiyalı silahların böyük təsiri oldu. Müharibə zamanı Türkiyənin F-16-ları Azərbaycanda yerləşdirilib, gözləyirdi. Bu, dünyaya çox vacib bir mesaj idi"
Bu barədə Bizimyol.info xəbər portalına jurnalist Muhammet Kutlu danışıb. O, qeyd edib ki, məhz bu müharibə qardaş Azərbaycan xalqının və onun içindən çıxan qəhrəman Türk ordusunun hansı səviyyəyə gəldiyini bütün dostlara və düşmənlərə göstərdi. Bu müharibə zamanı Ermənistan ordusunun tanklarının, artilleriyasının, zirehli texnikasının, hava hücumundan müdafiə sistemlərinin və raket sistemlərinin böyük bir hissəsi məhv edildi.
Kutlu hesab edir ki, Ermənistanın və Ermənistanı dəstəkləyən dövlətlərin bu şokdan çıxması mümkün deyil. Çünki bir ölkənin silahlı qüvvələrinin əsas hissəsinin başqa bir döyüşən tərəf tərəfindən məhv edilməsi qeyri-adi hal deyil. Onun sözlərinə görə, Azərbaycanın sentyabrın 19-da başlayan lokal antiterror tədbiri məhz bu ab-havada baş verdi. Türkiyə texnologiyasının ən yüksək versiyası və təlimi ilə təchiz edilmiş Azərbaycan ordusu bir gün ərzində inanılmaz müddətdə erməni terrorçu və separatçılarının bütün mövqelərini darmadağın etdi. Bu isə, ikinci şok idi.
Muhammet Kutlu hesab edir ki, ermənilərin Qarabağı tamamilə tərk etməyə başlamasında bu iki böyük sarsıntının böyük rolu oldu.
“Hamımız birlikdə görürdük ki, uzun müddət ermənilərə dəstək verən böyük dövlətlər Ukrayna-Rusiya müharibəsi səbəbindən çox ağır vəziyyətlər yaşayır, Ermənistanı ümidsizliyə sürükləyirdi. Tarix və tale Azərbaycanın tərəfində idi və 30 illik alçaq işğal Allahın bizə bəxş etdiyi yeni dövrlə başa çatdı. Biz ermənilərə arxasınca ağlamaq fikrində deyilik. Onların öz torpaqlarına gedib orada ağıllı, dinc yaşamaları öz maraqlarına uyğundur. Ümid edirik ki, onlar bir daha heç vaxt boylarından böyük olan işlərə cəhd göstərməyəcək və gözlərini Türk torpağına çevirməyəcəklər. Bilməlidirlər ki, Türk torpaqlarına göz dikərlərsə, yenə Türkün dəmir yumruğunun altına düşəcəklər”-deyə Muhammet Kutlu vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2023, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər