Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçıya hökm oxundu
Dövlətə xəyanətdə ittiham olunan ilahiyyatçı Sərdar Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Sərdar Babayev 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Sərdar Babayev Maide.az saytının rəhbəri olub.
O, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
O, 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmağa görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2023, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər