reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ermənistana keçənlərin sayı 93 minə çatdı – Yenilənib

reklam

Ermənistana keçənlərin sayı 93 minə çatdı – Yenilənib


















Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Qarabağdan Ermənistana keçənlərin sayını açıqlayıb.

News.am xəbər verir ki, o, indiyədək Ermənistan tərəfə 93 min nəfərin keçdiyini bildirib.

“Saat 12:00-a olan məlumata görə, Dağlıq Qarabağdan məcburi köçkünlərin sayı 91 448 nəfər olub, hazırda isə bu rəqəm 93 000-ə çatıb”, - Bağdasaryan bildirib.

O əlavə edib ki, həmçinin Həkəri körpüsündən indiyədək 19 min 103 avtomobil keçib.


***12:29

Qarabağdan Ermənistana gedənlərin sayı 88 mini ötüb.

TASS xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan brifinqdə məlumat verib.

“Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, Qarabağdan Ermənistana 88 780 nəfər gəlib”, - o qeyd edib.


***10.13 

Cümə günü səhərə qədər Qarabağdan Ermənistana gedənlərin sayı 84 mindən çox olub.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Saat 06:00-a olan məlumata görə, Qarabağdan Ermənistana gələnlərin sayı 84 770 nəfər olub”, - məlumatda bildirilib.




Paylaş:


Müəllif : Tarix:
29-09-2023, 19:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər