reklam
Regionxeberlericom.az » Cəmiyyət » DSX: Mnatsakanyan saxlanılaraq Bakıya gətirilib – Yenilənib

reklam

DSX: Mnatsakanyan saxlanılaraq Bakıya gətirilib – Yenilənib


















Sentyabrın 29-da “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində Azərbaycan Respublikası ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyanın Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb.

Bu barədə DSX məlumat yayıb.

Saxlanılan şəxs Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

***14:33

Azərbaycanın təhlükəsizlik qüvvələri qondarma rejim ordusunun keçmiş “komandanı” Lyova Mnatsakanyanı Laçın sərhəd-buraxılış məntəqəsində saxlayıblar.

Bu barədə TASS “general”a yaxın mənbələrə istinadən məlumat yayıb.




Paylaş:


Müəllif : Tarix:
29-09-2023, 19:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər