reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Erməni ekstremistlər səfirliyə qarşı zorakılıq tətbiq etməyi planlaşdırır" – Azərbaycanın Belçika səfiri

reklam

"Erməni ekstremistlər səfirliyə qarşı zorakılıq tətbiq etməyi planlaşdırır" – Azərbaycanın Belçika səfiri


















”Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diaspor təşkilatları Fransadan gələn analoji radikal dəstələrlə birlikdə Brüsselin Rond-Point Şuman meydanında mitinq təşkil edəcək”.

Bu barədə Azərbaycanın Belçikadakı səfiri və Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov öz social şəbəkə hesabında məlumat yayıb.

Səfir qeyd edib ki, mitinqdən sonra ekstremist dəstələr “Prospekt de Tervueren 282" ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar.

Bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisinə səfirlikdən məlumat verilib.      

Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də mitinqə dəvətlidir.

"Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətlərinin davamı olacaq. Belçikada məskunlaşan və ev sahiblərinin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.

Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksək səviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-ın yorulmaz səylərinə qarşı yönəlib", - deyə səfir qeyd edib.

Həmçinin, diplomat bildirib ki, bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də “milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib.

"Ən heyrətləndirici hal isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla bu fikirləri bölüşürlər. Təhlükə böyükdür. Brüssel polisindən xarici diplomatik nümayəndəliyi qorumasını gözləyirik", - deyə səfir bildirib.




Paylaş:


Müəllif : Tarix:
1-10-2023, 14:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər