reklam
Regionxeberlericom.az » Cəmiyyət » Separatçıların keçmiş “rəhbərlər”i Ermənistana keçə bilib?

reklam

Separatçıların keçmiş “rəhbərlər”i Ermənistana keçə bilib?
















Ermənilərin yaydığı məlumatlara görə, Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində bu gün Qarabağdakı separatçı rejimin üç keçmiş "prezidenti" və "hökumət üzvləri" Ermənistana keçə bilib.

RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, bu haqda teleqramın erməni seqmentinin kanalı olan @bagramyan26 informasiya yayıb. 

Bu barədə hələ ki, Azərbaycan mərkəzi hakimiyyətinin heç bir açıqlaması yoxdur. Böyük ehtimalla söhbət Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyandan, eləcə də Vitali Balasanyandan gedir. Yeni "prezident" Şahramanyan danışıqlarda pərdəarxası sima olaraq, Xankəndidə qalır.

Musavat.com qeyd edir ki, bu simalar Xankəndi və ətraf bölgələrin mərkəzi hakimiyyətin problemsiz nəzarəti altına keçməsi, silahlı dəstələrin tərkisilah olunması və ən əsası, Ruben Vardanyanın və daha 3 "generalın" həbs olunması prosesində Bakı ilə gizli əməkdaşılıq ediblər.

Onların yeganə xahişi Qarabağı problemsiz tərk etmək olub.




Paylaş:


Müəllif : Tarix:
2-10-2023, 10:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər