reklam
Regionxeberlericom.az » Cəmiyyət » İcra başçısının yaxın adamı adlandırılan bələdiyyə sədri... - şikayətini geri götürdü

reklam

İcra başçısının yaxın adamı adlandırılan bələdiyyə sədri... - şikayətini geri götürdü
















Ali Məhkəmədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat zamanı saxlanılan Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri olmuş Nuriyev Cəmaləddin Müzəfəddin oğlunun barəsində olan hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub ki, zərərçəkmiş Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan ən yüksək həddə cəza təyin olunmasına dair qərar qəbul edilməsi xahiş olunub.

Şikayətdə qeyd edilib ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq məhkumun əməlini Cinayət Məcəlləsinin 309.2-ci maddəsindən həmin Məcəllənin 309.1-ci maddəsinə tövsif edib və həmin maddə ilə ona yüngül cəza təyin edib. Nuriyev Cəmaləddinin müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi və təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam olunmasına dair qərar qəbul edilməsi xahiş olunub. Bildirilib ki, iş kassasiya instansiya məhkəməsində baxılanadək məhkum ərizə ilə Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətini, zərərçəkmiş şəxs Şabran rayon Pirəbədil bələdiyyəsinin sədri və onun nümayəndəsi ərizə ilə müraciət edərək birgə verdikləri kassasiya şikayətini geri götürdüklərini deyiblər. Qərara əsasən, kassasiya şikayəti geri qaytarılıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Ev dustaqlığında olan Cəmaləddin Nuriyev məhkəmə zalında həbs olunub. İttihama görə, Cəmaləddin Nuriyev 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilədək olan dövr ərzində Pirəbədil bələdiyyəsinə məxsus torpaq sahələrini reyestr qiymətlərinə əsasən, ümumilikdə 102 300 manat dəyərində 2,57 hektar torpaq sahəsini 17 084 manata 28 şəxsə satıb. Həmin vətəndaşlardan təxminən 17 nəfəri hərrac yolu ilə Şabran rayonu Pirəbədil bələdiyyəsindən torpaqlarını alıb. Qalan vətəndaşlar isə kəndin sakinləri olduqları üçün onlara torpaq alqı-satqı yolu ilə satılıb. Araşdırmalar zamanı torpaq sahələrinin dəyərindən qat-qat aşağı satıldığı məlum olub. Belə ki, Cəmaləddin Nuriyev 0,12 ha torpaq sahəsini 4 300 manatdan aşağı olmayan məbləğə satılmalı olduğu halda, 2017-ci il tarixli qərarla həmin torpaq sahəsini 1 000 manata satıb.

Qeyd: KİV-də Cəmaləddin Nuriyev Şabran İcra Hakimiyyətinin başçısı olan, hazırda Siyəzən Rayon İcra Hakimiyyətinə başçılıq edən Novruz Novruzovun yaxın adamı kimi təqdim olunub. Novruz Novruzov Siyəzənin icra başçısı vəzifəsinə təyin olunduqdan sonra Cəmaləddin Nuriyev rayonun hazırkı icra başçısı Asif Hüseynov haqqında bir sıra dövlət orqanlarına şikayət edərək bildirib ki, başçının göstərişi ilə adamları onu təhdid edib və bələdiyyə sədri vəzifəsindən istefasını tələb ediblər.




Paylaş:


Müəllif : Tarix:
3-10-2023, 10:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər