Deputatın qardaşı QOÇULUQ EDİR... - BU DA FAKT!!!
Zaman-zaman Lerik rayonunda çaylardan qum-çınqıl qarışığının daşınması səbəbindən sakinlərin narazılığı barədə yuxarı instansiyalara şikayətlər ünvanlanmış və həmin şikayətlər əsasında əlaqədar qurumların nümayəndələri, o cümlədən, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən ərazilərə baxışlar keçirilmiş və araşdırmalar aparılmışdır. Baxışlar zamanı şikayətlərdə göstərilən ərazilərdə fiziki və hüquqi şəxslərə məxsus qum-çınqıl istehsal edən karxana avadanlıqlarının olduğu aşkar edilmişdir. Həmçinin baxışlar zamanı fiziki və hüquqi şəxslər tərəfindən çaylarda qazıntı işləri aparılan müddətlərdə müvafiq qaydaların tələblərinin pozulduğu (firmalar üçün nayrılmış yataq sahəsinin konturlarından kənara çıxmalara yol verilməsi, yataqdan səmərəli istifadə olunmaması, sahələrdə hamarlama işlərinin aparılmaması və s.) müəyyən edilmişdir.. Nəticədə həmin ərazilərdə çay suları axın istiqamətini dəyişdiyindən, bəzi yerlərdə çay sahilinin intensiv yuyulması müşahidə olunmuşdur.
Lerik rayonunda bu kimi qanunsuzluqlara rəvac verən şəxslərdən biri də Milli Məclisin deputatı İqbal Məmmədovun qardaşı Çingiz Məmmədovdur. Ona məxsus “Kaspi Star” firmasına Ləkərçayda qazıntı işləri aparılan zaman müvafiq qanunların tələblərinə ciddi əməl edilməsi barədə xəbərdarlıq edilmiş, gələcəkdə belə halların təkrar olunması aşkar edilərsə, ciddi tədbirlərin görüləcəyi nəzərə çatdırılmışdır.
Amma görünən odur ki, Çingiz Məmmədov deputat qardaşına arxayın olaraq Ləkərçayda qazıntı işləri aparmaqda və qanunun tələblərini pozmaqda davam etməkdədir. Bildirilir ki, Çingiz Məmmədovun sahibi olduğu istehsalat vahidləri əsla vicdanlı vergi ödəyiciləri də deyillər.
Sentyabrın 27-si və 30-da Lerik rayonunun Piran kəndində Ləkərçay çayında aparılan qanunsuz qazıntı işlərini əks etdirən görüntüləri video-qeydə almışıq. Foto-qeydə aldığımız bir başqa görüntülər isə Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması hesabına açılmış ərazidə qanunsuz tikinti işlərinin aparıldığını göstərir. Hələlik bünövrə üzərində bir neçə daş hündürlükdə inşa olunmuş tikintinin təyinatı bilinmir. Amma bəllidir ki, tikinti Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyinin “xeyir-duası” ilə həyata keçirilir. Əks təqdirdə, yəni, müəssisə rəhbərinə “hörmət” etmədən bircə daşı belə ikincinin üstünə qoymaq olmazdı.
Əlbəttə, bütün bu qanunsuzluqlar bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş Ceyhun Həsən oğlu Hüseynovun gözləri önündə baş verir. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub və fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib. Ceyhun Həsənov 1 saylı RETSİ-nin sabiq rəisi Şakir Quliyevin atasına rəhmət oxutdurur. Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.
Göründüyü kimi, hər iki şəxs mənfi reputasiyaya malik olsalar da, himayədarları Vüqar Kərimov tərəfindən qorunurlar və yalnız sistem daxilində bir vəzifədən digərinə keçirilirlər. //azerinfo.info//
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2023, 09:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər