Mərkəzi Bankın qadağası İran bankını “vurdu” - 11 milyon depozit itirib
Azərbaycan Mərkəzi Bankının "Bank Melli İran"ın Bakı filialının əməliyyatlarına məhdudiyyət tətbiq etməsi onun əmanət və kredit portfelinə kəskin təsir edib.
Son altı ayda filialdan 11,1 milyon manatdan çox əmanət geri çəkilib. Belə ki, 2023-cü ilin birinci rübündə bankın əmanət portfeli 12,5 milyon manat təşkil edibsə, ikinci rübdə 1,49 milyon manata kimi, üçüncü rübdə isə 1,38 milyon manata kimi azalıb.
İran bankının müştərilərə verilmiş kreditləri isə 2023-cü ilin mart ayında 8,45 milyon təşkil edibsə, iyun ayında 7,14 milyona, sentyabr ayının sonunda isə 5,64 milyon manata enib. Başqa sözlə, "Bank Melli İran"ın Bakı filialı kredit portfeli son 6 ayda 2,81 milyon manat azalıb.
Qeyd edək ki, bu ilin aprel ayında Mərkəzi Bank "Bank Melli İran"ın Bakı filialında yoxlamalar aparıb və nöqsanlar aşkarlayıb. Bundan sonra Filialın fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib, o cümlədən depozit qəbulu və kredit verilişi dayandırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2023, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər