Aytacın qətlinə görə daha iki nəfər həbs olundu
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanın qətli ilə bağlı daha iki nəfər həbs edilib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kaxeti Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində Saqareco bələdiyyəsinin Ləmbəli kəndində yaşayan Aytacı qətlə yetirməkdə təqsirli bilinən “əri” Alim Sadiqovun əmisi, 1972-ci il təvəllüdlü A.A. və 1997-ci il təvəllüdlü əmisi oğlu B.A. cinayət barədə məlumat verməmək ittihamı ilə həbs edilib.
Onları 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, ötən gün sözügedən qəttlə bağlı Aytacın anası ilə dayısı da həbs edilib. Onlar yeniyetmə qızı zorla ərə verməyə görə ittiham olunurlar.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-10-2023, 21:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər