reklam
Regionxeberlericom.az » Cəmiyyət » Elnarə qızının nişanından danışdı: “Qohumlarım mənə görə bəxtəvərdir” – VİDEO

reklam

Elnarə qızının nişanından danışdı: “Qohumlarım mənə görə bəxtəvərdir” – VİDEO
















Əməkdar artist Elnarə Abdullayeva ilk dəfə qızı Xədicənin nişanlanmasından söz açıb.

RegionXəbərləricom.az Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə o, "Rəngarəng səhər" verilişində danışıb.

Xanəndə övladının nişanlanması görüntülərinin sosial şəbəkələrdə, eləcə də sözügedən verilişdə yayınlanmasına etiraz edib:

"Qızım daha çox atasına bənzəyir. Övladımın şəkillərini burada göstərməyiniz xoşuma gəlmir. Sosial şəbəkələrdə də hər nə oldu, dərhal yazırlar. İşiniz-gücünüz yoxdur. Qohum olduğum insanlar, ailəm, övladlarım da bəxtəvərdirlər ki, mən varam. Çünki onların başını aşağa salacaq və xələl gətirəcək bir şey etməmişəm. O qədər şərəfli yol keçmişəm və sevə-sevə arxaya dönüb baxa bilirəm. İstəmirəm qızımın adı hallansın və ya görüntüləri yayılsın. Bunların qəti əleyhinəyəm".

Qeyd edək ki, E.Abdullayevanın qızı Xədicə iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb. Elxan adlı bəylə ailəli olan Elnarənin bir qız və bir oğlan övladı var.


 




Paylaş:


Müəllif : Tarix:
14-10-2023, 17:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər