reklam
Regionxeberlericom.az » Cəmiyyət » 100 minlərlə əsgər hərəkətə keçir: Havadan, dənizdən və qurudan...

reklam

100 minlərlə əsgər hərəkətə keçir: Havadan, dənizdən və qurudan...















İsraillə HƏMAS arasında müharibə 9 gündür davam edir. Qəzzada fələstinlilərə evlərini tərk etmələri üçün 24 saat vaxt verən İsrail ordusu dünən Qəzzada quru əməliyyatlarına başlayıb. İşğal altındakı İordan çayının qərb sahilində qarşıdurmalar alovlanıb. Əraziyə həm havadan, həm də qurudan zərbələr endirilir. 

Musavat.com xəbər verir ki, Qəzza zolağındakı mülki şəxslərə bölgənin cənubuna doğru hərəkət etmələri barədə çağırış edən İsrail Müdafiə Qüvvələri (IDF) daha sonra həyata keçiriləcək əməliyyatlarla bağlı açıqlama verib.

“Əhəmiyyətli bir qrup əməliyyatı həyata keçiriləcək. Havadan, dənizdən və qurudan birgə və koordinasiyalı əməliyyatla hücumu genişləndirməyə hazırıq” - açıqlamada bildirilib.

Həmçinin vurğulanıb ki, maddi-texniki təminat idarəsi qoşunları quru əməliyyatı üçün lazım olan bütün texnika ilə təmin etməyə çalışır və yüz minlərlə ehtiyat əsgər döyüşə hazırdır.

İsrailin baş naziri Benyamin Netanyahu da hərbi əməliyyatlar barədə mühüm mesaj verib.

“Bütün döyüşçülərimiz ön cəbhədədir, hamımız hazırıq. Yeni mərhələ gəlir, hazırsınızmı?” - o deyib.




Paylaş:


Müəllif : Tarix:
15-10-2023, 09:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər