reklam
Regionxeberlericom.az » Cəmiyyət » Astarada ötən həftə açılan körpünü sel dağıtdı - Fotolar

reklam

Astarada ötən həftə açılan körpünü sel dağıtdı - Fotolar
















Son günlər cənub bölgəsində yağan aramsız intensiv yağışlar, Astara rayonunun Şiyəkəran kəndində yeni salınan piyada körpüsünü dağıdıb.

RegionXəbərləricom.az APA-ya istinadən xəbər verir ki, sakinlərin dediyinə görə, körpü illərdir qəzalı vəziyyətdə olub.

Qeyd edilib ki, son dəfə yağan yağışlar zamanı çayda suyun səviyyəsi artıb və qəzalı körpünü sel suları aparıb. Bundan sonra əraziyə ağır texnikalar cəlb olunub, köhnə körpü tamamilə sökülüb, yerində yeni piyada körpüsü salınıb. Lakin ötən həftə salınan yeni körpünün ömrü cəmi iki-üç gün çəkib.

Sakinlərin istifadə edə biləcəyi alternativ yol isə təqribən 6 km məsafədə yerləşir. Bu yoldan da yalnız piyadalar və kiçik həcmli maşınlar istifadə edə bilər. Həmin körpü də qəza vəziyyətdə olduğu üçün fermerlər əkdikləri sitrus meyvələrini bazara çıxarıb sata bilmirlər.

Şiyəkəran kənd inzibati dairəsi üzrə nümayəndəsi Elşad Məcidov bildirib ki, ağır tonnajlı maşınlar üçün nə davamlı körpü var, nə də əlverişli yol.

“Hazırda vətəndaşlar öz məhsullarını bazara ancaq alternativ yoldan istifadə etməklə minik maşınları ilə çıxara bilər. Piyada yolu salınana kimi, şagirdlər də alternativ yollardan istifadə edərək məktəbə gedə bilirlər”, - o əlavə edib.





Paylaş:


Müəllif : Tarix:
16-10-2023, 12:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər