reklam
Regionxeberlericom.az » Cəmiyyət » Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır

reklam

Tanınmış meyxanaçı hakim qarşısına çıxarılır


Külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı Mahir Qonşuyevin (Mahir Ay Brat) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onun cinayət işini hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.




Paylaş:


Müəllif : Tarix:
16-10-2023, 19:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər