“Anomal hava-iqlim hadisələri artacaq” - Nazir müavini
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına əsasən bütün instrumental müşahidələrə görə ən yüksək qlobal temperatur 2023-cü ilin iyul ayında qeydə alınıb. Bəs bu proses ölkəmizdə özünü necə göstərib?
Bu sualı ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva cavablandırıb.
U.Tağıyeva bildirib ki, qlobal göstəricilər haqqında məlumatlar bütün ölkələrə şamil edilmir, çünki bu ümumi tendensiyanı göstərən ortalama bir rəqəmdir:
“Müxtəlif ölkələrdə göstəricilər bir-birindən xeyli fərqli ola bilər. Bu baxımdan Azərbaycan ərazisində 2023-cü ilin yay fəslində temperatur üzrə rekord göstəricilər qeydə alınmasa da, digər hava-iqlim hadisəsi olan lokal leysan yağışları nəticəsində sel-daşqın hadisələri keçən ilin rekordunu 3 dəfə üstələyərək 147-yə çatıb.
Bəzən hətta yaxın ərazilərdə belə bir-birinə zidd olan anomal hadisələrin baş verdiyini müşahidə edirik. Bu ilin misalında ölkəmizdə rekord daşqın hadisələri ilə yanaşı, bir çox çaylarda axının azalması, əsasən Aran ərazilərdə quraqlığın baş verməsinin şahidi olduq. Budur iqlim dəyişmələrinin bəzən gözlənilməz və təzadlı tərəfləri.
Bir sözlə, iqlimin nisbətən “sabit” dövründən 30-40 il keçib. Ümumiyyətlə, iqlimşünaşlıqda müasir dəyişmələri qiymətləndirmək üçün müqayisələr iqlim norması kimi qəbul edilən 1961-1990-cı illər dövrü ilə aparılır”.
“Anomal hava-iqlim hadisələrinin həm sayının, həm də intensivliyinin artmasını hamımız müşahidə etməkdəyik və iqlim ssenarilərinə görə bu davam edəcək. Quraqlıq, sel-daşqın, isti hava dalğaları kimi hadisələrə, yəni baş vermiş və gözlənilən iqlim dəyişmələrinə uyğunlaşmaq vacibdir.
Monitorinq və elmi araşdırmaların nəticələrinə əsasən Birləşmiş Millətlər Təşkilatının 66 ölkədən 234 alim üzvü olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspert Qrupu (IPCC) 2023-cü ildə Yer kürəsinin iqliminin son dərəcə sürətlə dəyişəcəyi qənaətinə gəlib.
Ümumiyyətlə iqlim dəyişmələri həyatımızın bütün sahələrinə təsir göstərir. Bu səbəbdən də iqlim dəyişmələrinin mənfi təsirlərini azaltmalı, müsbət tərəflərindən isə faydalanmalıyıq”, - nazir müavini qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-10-2023, 09:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər